
“Hazira Nazir” Məhdud Məsuliyyətli Cəmiyyət 2020 ci ilindən fəaliyyətə başlayib. Şirkət ləvəngi içliyinin istehsal fəaliyyəti ilə məşğuldur. Məhsul 4 çeşid üzrə istehsal olunur : Qoz ləvəngisi, Narlı qoz ləvəngisi, Zirincli qoz ləvəngisi və Şabalıd ləvəngisi. Hal hazırada məhsullarımız AZZA mağazalarında və ABAD PHŞ-in vasitəçiliyi ilə Bravo , Bizim market, Rahat market ,Bolmart və Grandmart marketlər şəbəkələrində satılır.

Hazıra Nazir MMC- nin direktoru Elşən Əliyevin Fins.az portalına verdiyi müsahibə
Karantin günlərində bir çox iaşə obyektlərinin fəaliyyətinə qoyulan qadağalar yeni formalı xidmət sektorunu daha da inkişaf etdirdi.
Fins.az xəbər verir ki, bu sektorda fəaliyyət göstərəcək yeni şirkətlərdən biri də “Hazıra nazir” MMC-dir. Şirkət əsasən ləvəngi içliyinin sifariş üzrə hazırlanıb çatdırılması ilə məşğuldur. “Hazıra nazir” MMC-nin direktoru Elşən Əliyevlə şirkətin fəaliyyəti haqqında həmsöhbət olduq:
Bizim “Hazıra Nazir” şirkəti olaraq əsas məqsədimiz xüsusilə hazırlanması çətin olan və vaxt tələb edən ləvəngi içliyini ucuz və əlçatan etməkdir. Ləvəngi içliyinin hazırlanması prosesi hamıya məlum olsa da, əsl ləvəngi dadının alınması çox çətindir. Bunu nəzərə alaraq, xanımlarımızın heç bir əziyyət çəkmədən dadlı, hazır ləvəngi əldə etməsini asanlaşdırmışıq. Biz tam steril, gigiyenik və qida təhlükəsizliyi qaydalarına riayət edərək yalnız yerli məhsullardan istifadə etməklə 100 faiz təbii məhsul istehsal edirik.
E.Əliyev müştərilərinin əsasən kimləri əhatə etdiyini də açıqladı:
“Müştərilərimizin çoxunun ləvəngi hazırlamağı bacaran, əsasən Cənub bölgəsinin xanımları olması bizim məhsulumuzun keyfiyyət göstəricisidir. Hazırda arzulayanlar məhsulumuzu sifariş edərək tam steril formada qapıda əldə edə bilərlər. Çatdırılma şirkət tərəfindən ödənişsiz təmin olunur. Biz xaricdə olan həmvətənlərimizin tələblərini nəzərə alaraq istehsal texnologiyasını mükəmməlləşdirmişik və yaxın zamanda onları da sevindirəcəyik.
Hazır ləvəngi yemədən əsl ləvəngi yeməyinizdən əmin olmayın!
Hazır ləvəngi yemədən əsl ləvəngi yeməyinizdən əmin olmayın!
Hazıra Nazir MMC və ABAD əməkdaşlığı

Bizim milli mətbəx ölkə xaricində belə tanınır və sevilir. Mətbəximizə aid təamları daha əlçatan etmək üçün isə zamanın tələbinə uyğunlaşmaq, onları müasir və rahat qablaşdırmada təqdim etmək şərtdir.
Milli mətbəximizin incilərindən sayılan ləvəngi günümüzdə ən sevilən təamlardan biridir. “Ləvəngi” talış dilində “içi doldurulmuş” deməkdir. Bu sözün digər mənası isə qoz, soğan və lavaşanadan (alça turşusu) ibarət qiymədir. ”ABAD”çı Elşən Əliyev “Hazıra Nazir” brendi altında elə ləvəngi içliyinin istehsalı ilə məşğuldur:
“Mən 1986-cı ildə Lerik rayonunda anadan olmuşam. Ticarətin iqtisadiyyatı və idarə olunması ixtisası üzrə ali təhsil almışam. 10 ildən çox müddətdə, müxtəlif şirkətlərdə satış meneceri kimi təcrübə topladıqdan sonra hazırda direktoru olduğum “Hazıra Nazir” şirkətini qurdum. Adımızdan bəlli olduğu kimi niyyətimiz istehlakçıların yemək, ələlxüsusus da ləvəngi bişirmək prosesini asanlaşdırmaqdır. Məşhur “Arşın mal alan” filmindən olan fikri parafraz etsək, bir “Hazıra Nazir” bankası, bir toyuq və 5 manat pul. Vəssalam, şüttamam!”.
Elşən Əliyevin dediyinə görə, “Hazıra Nazir” şirkəti bir ildir ki fəaliyyətdədir. İlk olaraq sosial şəbəkələr vasitəsi ilə müştərilərə online sifarişlər əsasında çatdırma həyata keçirməyə başlayıblar. Getdikcə artan sifarişlər məhsulun marketlərə çıxışı zərurətini yaradıb:
“Bu istiqamətdə iş və araşdırma apararkən “ABAD” haqda öyrəndik. Məlum oldu ki, “ABAD” yerli sahibkarlara dəstək olur, şərait yaradır. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün “ABAD”la əməkdaşlığın verəcəyi təkanla daha geniş kütləyə çata biləcəyimizi hesaba alaraq əməkdaşlıq üçün müraciət etdik. Bir sıra görüşlərdən sonra, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı qənaətinə gəldik və münasibətləri rəsmiləşdirdik”.
“Hazıra Nazir” şirkətinin əsas məqsədi xüsusilə hazırlanması çətin olan və vaxt tələb edən ləvəngi içliyini sərfəli və əlçatan etməkdir. İçliyin hazırlanma prosesi hamıya məlum olsa da, əsl ləvəngi dadını almaq çətindir. Bunu nəzərə alaraq, xanımların heç bir əziyyət çəkmədən dadlı, hazır ləvəngi əldə etməsini asanlaşdırdıq. Biz qida təhlükəsizliyi qaydalarına riayət etməklə, yalnız yerli məhsullardan istifadə etməklə tam steril, gigiyenik və 100 faiz təbii məhsul istehsal edirik”.