- Ləvəngi — Azərbaycan və İran mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Ləvəngi sözünün ilkin mənası “içi doldurulmuş” deməkdir. Talışca “ləvə” — “qarın” deməkdir, qarnı doldurulmuş isə “ləvəngi”dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir. Ləvənginin sulu və quru növləri var.
- Əsasən kütüm balığından hazırlanır. Azərbaycanın Lənkəran,Lerik, Masallı, Salyan və Neftçala rayonlarında daha çox bişirilir. Kütüm ləvəngisi adətən təndirdə bişirilir.
- Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, alça turşusu, duz və istiot təşkil edir. Yeməyin hazırlanmasında təzə balıqdan istifadə edilməsi çox önəmlidir. Əgər balığın kürüsü varsa, ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürü qoz və digər ərzaqlar əlavə edilərək qarışdırılır. Bununla qozun miqdarı bir az azaldılmış olur.
- Ləvəngi içliyinin hazirlanma qaydası-100 qr qozu xırdalamaq (ətçəkən maşından keçirtmək) , 2 ədəd orta qırmızı soğanı təmizləyib, xırdalamaq (ətçəkən maşından keçirtmək) ,suyun sıxmaq,sonra tavada yağsız və orta alovda “ölənə” kimi pörtlətmək və 2 xörək qaşığı alça turşusu ,xirdalanmış qozu, duz və istiot əlavə etməklə qarışdırmaq. Dadı turşməzə-duzlu və bir qədər acı olmalıdır.
- Yuxarıda gosterildiyi kimi ləvəngi içliyi ilk baxışdan hazirlanması asan görsənməsinə baxmayaraq kifayət qədər zaman tələb edən və hazırlanmsaı çətin olan bir təamdir. Bundan əlavə tərkibindəkilərin miqdarinda və ya dadındaki fərqlilik ləvəngi içliyinin aci və cox turş ola bilməsinə gətirib cixarır.
- “Hazira Nazir” şirkəti qədim reseptlərə dayanaraq müasir qida təhlükəsizlik qaydalarına uyğun hazırladığı ləvəngi içliyini sizə təqdim edir. Şirkətimiz 4 çeşid ilə klassik, narlı, zirincli və şabalıd ləvəngisi ilə xidmətinizdədir.200qr-lıq bankalarda istehsal olunan ləvəngi içliyi möhtəşəm dadı ilə sizin rəğbətinizi qazanır və qazanacaq.
- Məhsulllarımız tam təbiidir və yerli məhsullardan istifadə olunur.

30. 510 thoughts on “Ləvəngi”